Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən fəaliyyətə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, avqustun 17-də Moskvada görüş keçirilib.
Tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpasını və Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin 2021-ci il yanvarın 11-də imzaladıqları bəyanatın yerinə yetirilməsi məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, bu ilin yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərara alınıb. Bir müddət əvvəl işçi qrupun fəaliyyəti dayandırılmışdı.
Ü.İsmayıl