Modern.az

“Talibana heç vaxt baş əymərəm” - Saleh yeni cəbhə açdı

“Talibana heç vaxt baş əymərəm” - Saleh yeni cəbhə açdı

18 Avqust 2021, 12:40

“Taliban terrorçuları qarşısında heç vaxt baş əyməyəcəyəm və onlarla bir səmanın altında yaşamaq niyyətində deyiləm”.

 

Modern.az xəbər verir ki, bunu Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh deyib.

 

 

O, sosial şəbəkələr vasitəsilə xalqa müraciət edərək əfqanları taliblərə qarşı mübarizəyə çağırıb.

 

 

Yerli KİV-də yayılan məlumata görə, Ə.Saleh özünə sadiq silahlı dəstə ilə Pəncşər vilayətinə çəkilib. O, əfsanəvi səhra komandiri Əhməd Şah Məsudun oğlunun rəhbərlik etdiyi silahlı dəstəyə qoşulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi