Modern.az

“Delta” və “Taliban” Baydenin reytinqini çökdürdü

“Delta” və “Taliban” Baydenin reytinqini çökdürdü

Dünya

18 Avqust 2021, 21:08

ABŞ Prezidenti Co Baydenə göstərilən ictimai dəstək vəzifəyə başlamasından sonra ilk dəfə 50%-dən aşağı düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “FiveThirtyEight” araşdırma şirkətinin bu həftə dərc etdiyi sorğunun nəticələrində qeyd olunub.

 

Martın sonunda 55, iyulun sonunda isə 52,6 % olan dəstək son həftədə 49.3%-ə enib.

 

“Reuters/Ipsos”un isə həftəlik sorğusuna əsasən, keçən həftə Baydenə göstərilən dəstək 53% olduğu halda,  son həftədə 46% təşkil edib.

 

Tədqiqat şirkətləri azalmaya səbəb kimi yeni növ koronavirusun (COVID-19) “Delta” ştammının geniş yayılması və “Taliban”ın Əfqanıstanın paytaxtı Kabili nəzarət altına almasını göstərir.

 

Ülfan İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu