Modern.az

İsraildə yeni məhdudiyyətlər tətbiq edildi

İsraildə yeni məhdudiyyətlər tətbiq edildi

Dünya

18 Avqust 2021, 21:35

İsraildə koronavirusa gündəlik yoluxma sayında artım müşahidə olunur. Bu səbəbdən yeni məhdudiyyətlərin tətbiqinə qərar verilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Uğurlu vaksinasiya proqramına baxmayaraq, İsraildə yanvar ayından bəri ən çox gündəlik yoluxma faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə son 24 saat ərzində 8700-dən çox insan koronavirusa yoluxub

 

Yeni qərara əsasən, bundan sonra vətəndaşlar ictimai yerləri ziyarət etmək üçün peyvənd sertifikatları və ya koronavirus testlərini təqdim etməli olacaqlar. Bundan əlavə, mağazaların, ticarət mərkəzlərinin və sənaye parklarının tutumu yeddi kvadrat metrə bir nəfərlə məhdudlaşdırılacaq.

 

Ülfan İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu