Əfqanıstanı tərk edən Prezident Əşrəf Qani sosial şəbəkə hesabında xalqa müraciət edib.
Modern.az xəbər verir ki, o, ölkəni tərk etmək məcburiyyətində qaldığını, Kabildə qan tökülməsinə səbəb olmaq istəmədiyini bildirib.
Qaninin fikrincə, “Taliban” Kabilə daxil olmayacağı barədə söz versə də, əvvəlcədən prezident sarayını mühasirəyə almışdı. O yaxın vaxtlarda ölkəyə qayıdacağına söz verib.
Xatırladaq ki, BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi açıqlama yayaraq Ə. Qaninin ailəsi ilə birlikdə bu ölkədə olduğunu təsdiqləyib.
Ülfan İsmayılov