Əşrəf Qani artıq Əfqanıstanda siyasi fiqur deyil.
Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman Dövlət Departamentində keçirdiyi brifinqdə deyib.
Bundan əvvəl BƏƏ Xarici İşlər Nazirliyi Əşrəf Qani və ailəsinin bu ölkədə olduğunu təsdiqləyib.
Əşrəf Qani bu gün sosial şəbəkə vasitəsilə əhaliyə müraciətində yaxın zamanda Əfqanıstana qayıdacağını bildirib.