ABŞ son bir sutkada Əfqanıstanın paytaxtı Kabildən iki min nəfəri təxliyə edib
Mdern.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman Dövlət Departamentində keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, bu müddət ərazində amerikalı diplomatlar 5 minə yaxın müraciətə baxıb.
“Eyni zamanda, Birləşmiş Ştatlar “Taliban”dan bütün Amerika vətəndaşlarına, üçüncü ölkə vətəndaşlarına və ölkəni tərk etmək istəyən bütün əfqanlara təhlükəsiz və cəzasız icazə vermələrini gözləyir” – deyə ABŞ rəsmisi bildirib.