Modern.az

Rusiyada MiQ-29 qırıcısı qəzaya uğradı, pilot öldü

Rusiyada MiQ-29 qırıcısı qəzaya uğradı, pilot öldü

Dünya

19 Avqust 2021, 00:53

Rusiya ordusuna məxsus MiQ-29 döyüş təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Həştərxan vilayətində baş verən qəza zamanı pilot ölüb. Təyyarə Aşuluk poliqonunda boş əraziyə düşüb. Uçuş döyüş sursatı olmadan həyata keçirilirdi.

 

Hadisənin səbəblərini müəyyən etmək üçün MiQ-29 təyyarəsinin qəzaya uğradığı yerə Rusiya Aerokosmik Qüvvələrin Ali Komandanlığından komissiya göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu