Modern.az

Zəlzələ qurbanlarının sayı 2189-a çatdı

Zəlzələ qurbanlarının sayı 2189-a çatdı

Dünya

19 Avqust 2021, 08:05

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 2189 nəfərə çatıb.

 

Modern.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ zamanı 12 268 nəfər xəsarət alıb.

 

Məlumata görə, 1832 nəfər Cənub, 218 nəfər Qrand-Ans, 137 nəfər Nipp, iki nəfər isə Şimal-Qərb departamentində həlak olub.

 

Xatırladaq ki, avqustun 14-də Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.

 

Ölkədə bir ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu