ABŞ-ın sabiq prezidenti Donald Tramp Əfqanıstandan qaçan ölkə rəhbəri Əşrəf Qanini fırıldaqçı adlandırıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.
"O, fırıldaqçı idi və inanıram ki, çoxlu pulla gedib. Mən dedim ki, o lider deyil, sonuncu Amerika əsgərlərindən əvvəl qaçacaq və belə də oldu”, - Tramp Əfqanıstandakı hadisələr barədə deyib.