Modern.az

“Taliban”a qarşı çıxan ilk qadın vali nəzarətə götürüldü - FOTO

“Taliban”a qarşı çıxan ilk qadın vali nəzarətə götürüldü - FOTO

Dünya

19 Avqust 2021, 10:38

Taliblər Əfqanıstanda “Taliban” əleyhinə silah götürən ilk qadın vali Salima Mazarini nəzarətə götürüb. Onun hazırkı vəziyyəti haqqında heç nə məlum deyil.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Salima Mazari Əfqanıstanın üç qadın valisindən biridir. Əfqanıstanın bir çox əyalət demək olar ki, heç bir döyüş olmadan “Taliban”a təslim olanda Salima Mazari Bəlx əyalətindəki Çahar Kint rayonunda müdafiə üçün hər şey edib. Çahar Kint əvvəllər digər terrorçu qrupların əlinə keçməyən yeganə bölgə olub.

Salima Mazari İranda anadan olub. Ailəsi 1970 -ci illərdə Əfqanıstandan İrana qaçıb. O, Tehran Universitetini bitirib, sonra universitetlərdə çalışıb. Şiə müsəlmanları olan Hazara icmasının üzvüdür. Onlar mütəmadi olaraq “Taliban” tərəfindən hədəfə alınıb.

 2018 -ci ildə Çahar Kint rayonunda vali  vəzifəsinə təyin edilib.

“Taliban” əleyhinə çıxışları ilə tanınan Salima Mazari, daha əvvəl ““Taliban” ölkəni ələ keçirərsə, qadınlara yer olmayacaq” söyləmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu