Modern.az

ABŞ qırıcıları Kabil üzərində uçur

ABŞ qırıcıları Kabil üzərində uçur

19 Avqust 2021, 21:14

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-18 döyüş təyyarələri Əfqanıstanın Kabil şəhəri üzərində uçuşlar həyata keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

 

O, Kabil şəhərindən təxliyə olunan insanların təhlükəsizliyini təmin etmək üçün təyyarələrin şəhər üzərində aşağıdan uçuşlar həyata keçirdiyini vurğulayıb.

 

Xatırladaq ki, ABŞ artıq 7000 nəfərin Kabildən çıxarıldığını açıqlayıb. Hazırda Kabil hava limanında 5200-dən çox amerikalı hərbi qulluqçu var.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu