Modern.az

Paşinyan Qərbi yox, Rusiyanı SEÇDİ

Paşinyan Qərbi yox, Rusiyanı SEÇDİ

20 Avqust 2021, 15:07

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Soçi şəhərinə getməyə hazırlaşır.

 

Modern.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan avqustun 26-da ailəsi ilə birlikdə Soçiyə istirahətə yollanacaq. Onun neçə gün Rusiyada qalacağı, kimlərlə görüş keçirəcəyi hələlik bilinmir. 

 

Nikolun istirahət üçün niyə məhz Rusiyanı seçməsi sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub.

 

Erməni ekspertlər və müxalif fəallar hesab edirlər ki, baş nazir Rusiya ilə münasibətləri normallaşdırmaq və Moskvaya yaxın olduğunu nümayiş etdirmək üçün belə bir addımı atmaq qərarına gəlib.

 

Ermənistanda SOROS-un adamı kimi tanınan Paşinyanın istirahət üçün Qərb ölkələrini yox, məhz Rusiyanı seçməsi səbəbsiz deyil. Görünür, Nikol bununla Kremlin etibarını qazanmağı və beləliklə, hansısa planının həyata keçirilməsini hədəfləyir.

 

Əlbəttə, digər versiyaları da istisna etmək olmaz. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu