Modern.az

Əfqanıstanın yeni konstitusiyası olacaq

Əfqanıstanın yeni konstitusiyası olacaq

20 Avqust 2021, 18:40

Əfqanıstanın yeni konstitusiyası olacaq, lakin “İslam Əmirliyi” yaradılması haqqında qərar hələlik qəbul edilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Taliban” hərəkatının nümayəndəsi Məhəmməd Naim bildirib.

 

Onun sözlərinə görə, hazırda ölkə fövqəladə vəziyyətdədir:

 

“Şübhəsiz, Əfqanıstanda yeni konstitusiya qəbul olunacaq. İndi xalqın ehtiyaclarını ödəmək, boşluğu dəf etmək, yalnız bundan sonra digər addımlar atmaq lazımdır. Lakin ümumilikdə yeni konstitusiya vacibdir”.

 

Xatırladaq ki, avqustun 15-də “Taliban” hərəkatı paytaxt Kabilə döyüşsüz daxil olaraq şəhəri tam nəzarətə götürüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu