Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, aksiya iştirakçıları şəhərdə çoxmərtəbəli binanın qanunsuz tikintisinə etiraz ediblər.
Aksiya zamanı polislə sakinlər arasında qarşıdurma baş verib.
Etirazçılardan bir neçəsi saxlanılaraq polis bölməsinə aparılıb.