İspaniyanın “Real” futbol klubu fransalı oyunçu Kərim Benzema ilə müqaviləni yeniləyib.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Benzema 2009-cu ildən “Real”da çıxış edir.