"NATO Əfqanıstandakı hərbi missiyasını başa vurub. Müttəfiqlər indi hava limanındadır. Fərqli ölkələr bütün qüvvələri geri çəkmək və bütün texnikanı geri qaytarmaq üçün mümkün olan hər şeyi edir".
Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq hər bir ölkənin Əfqanıstana çatdırılan silah və texnikaya görə məsuliyyət daşıdığını bildirib.
"Bir çox müttəfiq ölkələr bugünkü əfqanıstanlılara ev sahibliyi etmə təklifi ilə çıxış etdilər. Əgər təxliyə edə bilsək, onları müvəqqəti və ya daimi olaraq qəbul etməyə hazır olan ölkələr var", - deyə o qeyd edib.
Ülfan İsmayılov