Türkiyədə son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxan 216 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
COVID-19 infeksiyası ilə əlaqədar 293 252 nəfərdən test götürülüb, onların 19 918-nin testi pozitiv nəticə verib, 15 561 nəfər sağalıb.