Modern.az

BƏƏ 5 min əfqan qaçqını qəbul edəcək

BƏƏ 5 min əfqan qaçqını qəbul edəcək

Dünya

21 Avqust 2021, 00:26

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-ın tələbi ilə üçüncü ölkəyə gedənə kimi 5000 Əfqanıstan vətəndaşına ev sahibliyi edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlik bildirib ki, evakuasiya edilənlər yaxın günlərdə ABŞ təyyarələri ilə Əfqanıstanın paytaxtı Kabildən BƏƏ-yə gətiriləcək

 

Əfqanıstan vətəndaşlarının 10 gün BƏƏ-də qalacağı bildirilir.

 

Ülfan İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu