Türkiyənin İzmir vilayətinin Menderes və Urla rayonlarında yerləşən meşəlik ərazilərdə yanğın baş verib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, bölgəyə bir təyyarə, beş helikopter, çoxlu sayda yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.