Modern.az

ABŞ-da qasırğa təhlükəsi: Xəbərdarlıq edildi  

ABŞ-da qasırğa təhlükəsi: Xəbərdarlıq edildi  

Dünya

21 Avqust 2021, 08:43

ABŞ-ın Konektikut ştatında və Lonq-Aylend adasında (Nyu-York ştatı) qasırğa xəbərdarlığı elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Müşahidə Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, xəbərdarlıq "Henri" tropik fırtınasının güclənməsi səbəbindən verilib:

 

"Qasırğa xəbərdarlığının edildiyi Lonq-Aylendin və Konektikutun bəzi yerlərində qasırğaya bənzər hava şəraiti gözlənilir".

 

Qasırğa bazar günü Massaçusets ştatının cənubuna və Rod-Aylend ştatının ərazisinə çata bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu