Modern.az

Əfqanıstanı 12 min nəfər tərk edib

Əfqanıstanı 12 min nəfər tərk edib

Dünya

21 Avqust 2021, 12:15

“Taliban” Kabilə girdiyi vaxtdan başlayaraq səfirliklərdə və humanitar təşkilatlarda işləmiş 12 minə yaxın əfqan və əcnəbi Əfqanıstanı tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi bildirib.

 

“Təxliyə prosesi ləng gedir, belə ki, bu, risklidir. Biz aeroportdan kənarda taliblərlə, yaxud mülki əhali ilə heç bir toqquşma istəmirik”, - deyə nümayəndə qeyd edib.

 

Xatırladaq ki, avqustun 15-də “Taliban” hərəkatının döyüşçüləri paytaxt Kabilə döyüşsüz daxil olaraq şəhəri tam nəzarətə götürüb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu