Rusiyanın paytaxtı Moskvada ermənilərlə özbəklər arasında kütləvi dava olub.
Modern.az xəbər verir ki, davada təxminən 20 nəfər iştirak edib. Onların inşaat sahəsində çalışan miqrantlar olduğu bildirilir.
İnsidentlə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində Özbəkistan və Ermənistan vətəndaşları saxlanılıb.
Məlumata görə, saxlanılan şəxslərdən 7-si özbək, iki nəfər isə ermənidir. Hadisənin digər iştirakçıları hələlik müəyyən edilməyib.
Davanın səbəbi məlum deyil, polis faktı araşdırır.