Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az-ın məlumatına görə, dövlət başçıları Əfqanıstanda sabitliyin təmin edilməsi, asayişə və qanuna ciddi riayət olunmasının vacibliyini qeyd ediblər.
Prezidentlər Əfqanıstan məsələsində ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.