ABŞ avqustun 14-dən indiyədək Əfqanıstandan təxminən 17 min insanı təxliyə edib.
Modern.az xəbər verir ki, bu barədə şənbə günü Pentaqonda keçirilən brifinqdə ABŞ-ın Əfqanıstanın paytaxtından insanların təxliyəsi ilə məşğul olan rəsmisi, general Hank Taylor məlumat verib.
Onun sözlərinə görə, təxliyə prosesi davam edir.