Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Liderlər Əfqanıstandakı son vəziyyəti müzakirə ediblər. Tərəflər Əfqanıstandan təxliyələrin önəmli məsələ olduğunu bildirib və bu barədə razılığa gəliblər.