Fransa Prezidenti Emanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər bölgədəki vəziyyəti və baş verən son hadisələri müzakirə ediblər. Müzakirə zamanı Qarabağ məsələsinə də toxunublar.
Xatırladaq ki, bir neçə gün öncə Makron rusiyalı həmkarı Vladimir Putinlə də Qarabağı müzakirə etmişdi.