Tarixdə ilk dəfə olaraq Qrenlandiya buz örtüyünün ən yüksək nöqtəsinə yağış yağıb.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.
Elm adamları yağışın qlobal istiləşmədən xəbər verdiyini deyir. Yağışlar buz örtüyünün əriməsini sürətləndirə bilər.
Əriyən su okeana axır və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Elm adamlarına görə, Qrenlandiyada buz örtüklərinin əriməsi son bir neçə onillikdə dəniz səviyyəsinin təxminən 25% artmasına səbəb olub. Bu nisbətin temperatur yüksəldikcə daha da artacağı gözlənilir.