Modern.az

Pakistanda terakt: 2 uşaq öldü 

Pakistanda terakt: 2 uşaq öldü 

22 Avqust 2021, 09:00

Pakistanın Bəlucistan əyalətinin Qvadar liman şəhərində terrorçuların Çin iş adamlarının maşın karvanına hücumu nəticəsində iki uşaq həlak olub. Terror aktı nəticəsində bir neçə nəfər yaralanıb, onlardan biri Çin vətəndaşıdır.


Modern.az Pakistan mətbuatına istinadla xəbər verir ki, hadisə Pakistan-Çin iqtisadi dəhlizinin tərkib hissəsi olan, Pakistanı Çinin Sincan Uyğur Muxtar rayonu ilə birləşdirən magistral yolun çəkilişi zamanı baş verib.


Çinin Pakistandakı Səfirliyi terror aktını pisləyib. Səfirlik əmin olduğunu bildirib ki, terrorçular tapılacaq və cəzalarını alacaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu