Modern.az

Gürcüstanda COVİD qurbanlarının sayı artır  

 Gürcüstanda COVİD qurbanlarının sayı artır   

22 Avqust 2021, 11:58

Gürcüstanda son sutkada 3803 nəfərə koronavirus diaqnozu qoyulub, daha 48 pasiyent vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

 

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 514 744-ə, ölənlərin sayı isə 6771-ə çatıb.

 

Gürcüstanda ötən 24 saat ərzində 5332, ümumilikdə 448 288 nəfər xəstəlikdən sağalıb.

 

Hazırda aktiv xəstə sayı 59 659 nəfərdir. 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu