Modern.az

\"Taliban”  Qəzni vilayətində musiqini qadağan etdi

\

22 Avqust 2021, 12:09

Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatı Qəzni vilayətindəki yerli radiostansiyalarda musiqiyə və qadınların işləməsinə qadağa qoyub.

 

Modern.az-a bu barədə xarici KİV-lər məlumat yayıb.

 

Müvafiq göstəriş bölgənin yeni rəhbərliyi tərəfindən verilib.

 

Bundan əvvəl, vilayətin polis məntəqələrindən birinin rəhbəri Məhəmməd Haşim Qalcinin “Taliban” qoşunlarının bölgənin inzibati mərkəzinə daxil olmasından dərhal sonra itkin düşdüyü bildirilmişdi. Onun haqqında hələ də heç bir məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu