Modern.az

Əfqanlar Almaniyadan sığınacaq istədi

Əfqanlar Almaniyadan sığınacaq istədi

22 Avqust 2021, 14:22

Almaniyadan sığıncaq istəyən Əfqanıstan vətəndaşlarının sayı artıb.

 

Modern.az-ın xəbərinə görə Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsindən (BAMF) bildirilib ki, Əfqanıstanda “Taliban”ın hakimiyyəti tam ələ keçirməsindən bir ay əvvəl, Əfqanıstanın 2 353 vətəndaşı Almaniya və ya digər şengen zonası ölkələrinə məxsus vizalarla federal respublikaya gəliblər.

 

Son bir ayda 2353 əfa Almaniyadan sığınacaq istəyib.

 

Federal idarədən verilən məlumatda qeyd olunur ki, iyul ayında ən çox sığınacaq müraciəti Suriya vətəndaşları tərəfindən daxil olub. Belə ki, Suriyanın 4 759 vətəndaşı Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib.

 

BAMF-ın iyul ayı üzrə statistik məlumatında qeyd olunur ki, son üç ayda Türkiyə vətəndaşları tərəfindən də müraciətlər artıb. Bu ilin may ayında 229, iyunda 412, iyulda isə 576 Türkiyə vətəndaşı Almaniyaya gələrək, qaçqın statusu üçün müraciət edib.

 

Federal idarədən bildirilib ki, keçən ay Cenevrə Qaçqın Konvensiyasına əsasən 3 091 nəfər qaçqın statusu alıb. Aralarında Azərbaycan Respublikası vətəndaşlarının da olduğu 2 458 nəfərin müraciəti rədd edilib.

 

BAMF-dan bildirilib ki, hazırda Yunanıstandakı kamplarda qalan 23 850 nəfərin qaçqın statusu üçün müraciətinə baxılır.  (Report.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu