Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Əfqanıstandakı hərbi varlığını gücləndirib, işini asanlaşdıracağını söyləyib.
Modern az xəbər verir ki, bu barədə Ərdoğan yerli telekanallara müsahibəsində bildirib.
Canlı verilişində gündəmlə bağlı mövzulardan danışan Ərdoğan vacib mesajlar verib:
“Taliban idarəçilərini qəbul edə biləcəyimizi daha əvvəl də söyləmişdik. Bu gün də fikrimizi müdafiə edirik. Talibanın ölçülü və mülayim şərhlərini biz də məmnuniyyətlə qarşılayırıq.
Əfqanıstan xalqının əmin-amanlığı, bu ölkədə yaşayan türk soydaşlarımızın salamatlığı və ölkəmizin maraqlarının qorunması üçün hər cür əməkdaşlığa hazırıq. Əfqanıstandakı Türkiyə əsgərləri heç bir zaman muharibə gücü olaraq xidmət göstərmədi. Əsgərlərimizi orada əsla xarici bir güc olaraq görmədik, istifadə etmədik. Türkiyənin Əfqanıstandakı hərbi varlığı yeni rəhbərliyin də beynəlxalq sahədə əlini gücləndirəcək və işini asanlaşdıracaq. Hamid Karzai Hava Limanının təhlükəsizliyi yeni reallıqlara görə planlarımızda dəyişiklik tələb edir, buna görə görüşlərimizi davam etdiririk. Hakimiyyətdə kim olursa olsun, yaxşı və pis günündə Əfqanıstanın yanında olmaq həm əhdə vəfa, həm də qardaşlığımıza görə lazımdıe".
Xatırladaq ki, Əfqanistanda avqustun 15-ində paytaxt Kabil və ətrafını mühasirəyə alan Taliban dövlət başçısı Əşrəf Qaninin ölkəni tərk etməsi və hökumət güclərinin də ayrılmasıyla şəhəri tamamilə nəzarətinə alıb.