Modern.az

Haitidə zəlzələ qurbanlarının sayı artdı

Haitidə zəlzələ qurbanlarının sayı artdı

22 Avqust 2021, 16:43

Haitidə zəlzələ zamanı ölənlərin sayı artıb.

 

Modern.az-ın məlumatına görə bu barədə “RİA Novosti” xəbər verir.

 

Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 2 207 nəfərə çatıb. Təbii hadisə zamanı 12 mindən çox insan yaralanıb, 100 mindən çox ev dağılıb.

 

Qeyd edək ki, zəlzələ avqustun 14-də Haiti adasının qərbində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ ocağı Peti-Tru-de-Nip yaşayış məntəqəsinin yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. YUNİSEF-in məlumatına görə, təbii fəlakət 1,2 milyon insana ziyan vurub, onlardan 540 mini uşaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu