Modern.az

Ərdoğan və Conson Əfqanıstanı müzakirə etdi

Ərdoğan və Conson Əfqanıstanı müzakirə etdi

22 Avqust 2021, 19:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı tərəflər regional məsələləri, xüsusilə Əfqanıstandakı vəziyyəti və miqrasiya mövzularını müzakirə edib.

 

Ərdoğan Consona Türkiyənin Əfqanıstanda mövcud prioritetinin vətəndaşlarının təxliyysi olduğunu və uyğun şərtlər yaranarsa, ölkəsinin Kabil Hava Limanının təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşımağa davam edəcəyini bildirib.

 

Əfqanıstanda və İranda lazımi tədbirlər görülməzsə, yeni köç dalğasının qaçılmaz olduğuna diqqət çəkən Ərdoğan nizamsız köçün böhrana çevrilməsindən əvvəl başda Avropa ölkələri olmaqla hər kəsin məsuliyyət daşımalı və beynəlxalq birliyin bu mövzuda vahid fikrə gəlməli olduğunu vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu