Ukrayna Ordusuna məxsus hərbi nəqliyyat təyyarəsi Əfqanıstanın paytaxtı Kabil şəhərindən daha 83 nəfəri təxliyə edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Twitter” hesabında yazıb.
Təxliyə edilən şəxslər Kiyev şəhərinə gəlib. Onlardan 31-i Ukrayna vətəndaşıdır.
Zelenski qeyd edib ki, Ukrayna vətəndaşlarının Əfqanıstandan təxliyə edilməsini davam etdirir. Bundan əvvəl Ukrayna 80 nəfəri Kabildən təxliyə etmişdi.