Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ərdoğan və Mişel Əfqanıstandakı mövcud vəziyyəti və köç dalğasını müzakirə edib.
Türkiyə Prezidenti hazırda 5 milyon qaçqına ev sahibliyi edən Türkiyənin əlavə köç yükünü qaldıra bilməyəcəyini deyib.