Modern.az

Şah Məsudun oğlu “Taliban”a təslim olmayacağını DEYİR

Şah Məsudun oğlu “Taliban”a təslim olmayacağını DEYİR

22 Avqust 2021, 21:08

1980-ci illərdə Əfqanıstanın Sovet İttifaqına müqavimət göstərən məşhur lideri Əhməd Şah Məsudun oğlu Əhməd Məsud nəzarətində olan əraziləri “Taliban” qiyamçılarına təslim etməyəcəyini deyib.

 

Modern.az xəbər verir ki, bu barədə Dubayda yerləşən “Al-Arabia” telekanalı Əhməd Məsudun özünə istinadən məlumat verib.

 

Telekanalın yaydığı məlumata görə, Əhməd Məsud “Taliban”ın iştirakı ilə ölkəni idarə etmək üçün hərtərəfli hökumət qurmağa çağırıb. O bildirib ki, “Taliban” dialoqdan imtina edərsə, müharibə qaçılmaz olacaq.

 

Məsud fərqli vilayətlərdən “Taliban” əleyhinə olan hökumət qüvvələrinin Pəncşir vadisində toplandığını qeyd edib.

 

Cümə axşamı günü “Washington Post” nəşrində dərc olunan məqalədə Məsud Qərbdən dəstək istəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu