Modern.az

“Çelsi” “Arsenal”ı məğlub etdi

“Çelsi” “Arsenal”ı məğlub etdi

22 Avqust 2021, 22:13

Avqustun 22-də futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.

 

Modern.az xəbər verir ki, “Emirates” stadionunda baş tutan görüşdə iki London təmsilçisi - “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəlib.

 

Görüş “Çelsi” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyunda hesab matçın 15-ci dəqiqəsində açılıb. Romeru Lulaku debüt oyununda qol vurmağı bacarıb. İyirmi dəqiqə sonra “Çelsi” hesab arasındakı fərqi iki topa çatdırıb. Meyson Mountun ötürməsindən sonra Ris Jeyms fərqlənib.

 

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu