ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyanın şərqində hələlik kimə aid olduğu bilinməyən pilotsuz uçuş aparatını (PUA) vurub.
Modern.az xəbər verir ki, bu barədə ABŞ ordusu məlumat yayıb.
PUA-nın döyüş təyyarəsi tərəfindən zərərsizləşdirildiyi deyilir.
Xatırladaq ki, Pentaqon keçən ay Suriya və İraqdakı ABŞ personalına PUA ilə edilən hücumlardan çox narahat olduğunu bildirib.