Modern.az

Əhməd Məsud təslim olmur: “Mən atamın oğluyam”  

 Əhməd Məsud təslim olmur: “Mən atamın oğluyam”   

Dünya

23 Avqust 2021, 13:01

"Biz Əfqanıstanın azad, müstəqil və firavan qalmasının tərəfdarıyıq. Bunu dialoq və qarşılıqlı anlaşma yolu ilə əldə etmək olar".

 

Modern.az xəbər verir ki, bunu Əfqanıstan milli müqavimət qüvvələrinin lideri Əhməd Məsud "Taliban" təmsilçisi Əmirxan Muttaki ilə görüşdə deyib.

 

Məlumata görə, "Taliban" Məsuddan silahını yerə qoyub, danışıqlar masasına əyləşməsini istəyib. Muttaki qeyd edib ki, "Taliban"la müharibə mənasızdır, çünki taliblər güclü ölkələr tərəfindən dəstəklənir, habelə müasir hərbi texnika və silahlara malikdir.

 

Əhməd Məsud isə müqavimət qüvvələrinin də silahla yaxşı təchiz olunduğunu və güclü döyüş ruhuna sahib olduqlarını diqqətə çatdırıb:

 

"Söhbət gücdən və müharibədən gedirsə, bizi tanıyırsınız. Mən atamın oğluyam və ölkəni qorumaq üçün əlimdən gələni edəcəyəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu