Modern.az

Jirinovskinin 2030-cu il PROQNOZU: “İranda Azərbaycan dövləti yaranacaq”

Jirinovskinin 2030-cu il PROQNOZU: “İranda Azərbaycan dövləti yaranacaq”

23 Avqust 2021, 15:34

Rusiya Liberal Demokrat Partiyasının sədri, deputat Vladimir Jirinovski yeni qalmaqallı açıqlama verib.

 

Modern.az xəbər verir ki, Jirinovski 2030-cu ildə Yaxın Şərqin siyasi xəritəsinin kəskin dəyişəcəyini söyləyib. O, İranın parçalanacağını və ölkənin şimalında Azərbaycan dövlətinin yaranacağını proqnozlaşdırıb.

 

"İran dövləti dağılacaq. Onun yerində İran Azərbaycanı, Persiya, Türkmənistan və Bəlucistan dövlətləri yaranacaq".

 

Jirinovskinin fikrincə, 2030-cu ilə qədər Əfqanıstan və Pakistan birləşəcək, Puştunistan dövləti qurulacaq.

 

Siyasətçi Yaxın Şərqdəki dəyişikliklərin İsrailin təşəbbüsü ilə baş tutacağını da sözlərinə əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI