Modern.az

“Bir qaçqını belə qəbul etmək imkanımız yoxdur” - Ömər Çelik

“Bir qaçqını belə qəbul etmək imkanımız yoxdur” - Ömər Çelik

Dünya

23 Avqust 2021, 21:47

“Türkiyə Əfqanıstandan olan bir qaçqını belə qəbul edə bilməyəcək”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının mətbuat katibi Ömər Çelik deyib.

 

O qeyd edib ki, Türkiyə qaçqın düşərgəsi deyil: “Artıq bir qaçqını belə qəbul etmək imkanımız yoxdur. Biz öz qərarlarımızı verəcəyik. Sərhədlərimizi çox diqqətlə qoruyuruq”.

 

Çeliyin sözlərinə görə, Türkiyə Prezidenti Tayyib Ərdoğan Əfqanıstandakı böhranın hərtərəfli həllinin tərəfdarıdır.

 

“O, müntəzəm beynəlxalq diplomatiya aparır – Əfqanıstandakı vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə, Almaniya Kansleri Angela Merkellə müzakirə edib. Biz “Taliban”ın nəzarətinə keçən Əfqanıstanda insan haqları mövzusunu yaxından izləyirik. Əfqan xalqını tək buraxmaq olmaz, orada hazırda həqiqi dram yaşanır”, - deyə Çelik bildirib

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu