Modern.az

50-dən çox insan qonaqlıqda dini yeməklərdən zəhərləndi

50-dən çox insan qonaqlıqda dini yeməklərdən zəhərləndi

Dünya

23 Avqust 2021, 22:51

Hindistanın Assam ştatında meyvə və göyərçin noxudundan ibarət prasada (hinduizmdə məbədə hədiyyə kimi verilən qida) yedikdən sonra 50-dən çox adam zəhərlənib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli polisin məlumatında qeyd olunub.

 

Bildirilir ki, kənd sakinlərindən biri bayram tədbiri təşkil edib və gələn qonaqlara yemək təqdim edib. Bundan sonra qonaqlar qarın ağrısı və qusma ilə bağlı şikayətlər etməyə başlayıblar.

 

Bazar günü axşamdan bəri 50-dən çox kənd sakini xəstəxanaya yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu