Yəməndə hər on dəqiqədən bir uşaq ölür.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Henrietta For bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə 21 milyon insan, o cümlədən 11,3 milyon uşağın humanitar yardıma ehtiyacı var.
Bundan əlavə, 2,3 milyon yəmənli azyaşlı aclıqdan əziyyət çəkir.
Fond rəhbəri bu il ərzində dünya üzrə 1,6 milyon uşağın zorakılıq səbəbindən öz daimi yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını qeyd edib.