Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı səhvindən danışıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, 2018-ci ilə qədər aparılan danışıqların məğzini ictimaiyyətə açıqlamadığı üçün peşman olduğunu deyib.
"2018-ci ildə mənə qalan danışıqların mirasını açıqlamaqda səhv etdiyimi düşünürəm. Başçılıq etdiyim hökumət müharibənin nəticələrinə görə günahkardı".