“Taliblər Türkiyə ilə yaxşı əlaqələrin qurulmasını istəsə də, Türkiyə ordusunun Əfqanıstanda olmasını istəmir”.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Taliban” hərəkatının nümayəndəsi Zabihulla Mücahid deyib.
“Taliban” Kabil hava limanının təhlükəsizliyini müstəqil olaraq təmin edəcəyini açıqlayıb.
“Biz Türkiyə ilə yaxşı münasibətlər istəyirik, amma onların əsgərlərinin Əfqanıstanda olmasını istəmirik”, - deyə Mücahid qeyd edib.