Modern.az

7 ölkənin liderləri Əfqanıstanı müzakirə etdilər

7 ölkənin liderləri Əfqanıstanı müzakirə etdilər

24 Avqust 2021, 20:22

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlardan ibarət G7 ölkələrinin liderlərinin virtual görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüş zamanı Əfqanıstanla bağlı müzakirələr aparılıb.

 

NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən sonra bildirib ki, virtual toplantıda Əfqanıstandan təxliyənin koordinasiyası və terrorçuların ölkəyə qayıtmasının qarşısının alınması məsələləri müzakirə edilib.

 

 Avropa Şurasının rəhbəri isə görüşdə qeyd edib ki, G7 koalisiya dövlətlərinin vətəndaşlarının Əfqanıstandan tamamilə çıxarılmasına üstünlük verir və “Taliban”ı hava limanına girişi təmin etməyə çağırır.

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu