Əlcəzair Mərakeşi düşmənçilik hərəkətlərində günahlandıraraq bu ölkə ilə diplomatik əlaqələrini kəsib.
Modern.az xəbər verir ki, bu barədə Əlcəzairin xarici işlər naziri Ramdane Lamamra bildirib.
“Mərakeş krallığı Əlcəzairə qarşı düşmənçilik hərəkətlərini heç vaxt dayandırmadı”, - deyə Lamama bildirib.
Qeyd edək ki, Mərakeş və Əlcəzair arasında Qərbi Sahara problemi ilə əlaqədar münasibətlər gərgindir. İki ölkə arasındakı sərhəd 1994-cü ildən bağlıdır. 19-cu əsrin sonunda Afrikanın müstəmləkə bölgüsü zamanı ərazi İspaniyaya keçib. Mərakeş müstəqillik qazandıqdan sonra Qərbi Saharaya iddia irəli sürüb. 1975-ci ildə Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi ərazinin heç bir dövlətə aid olmadığı qənaətinə gəlib.