Tanınmış fransalı filosof Jan-Lyuk Nansi (Jean-Luc Nancy) 81 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri yazıb.
O, avqustun 24-nə keçən gecə dünyasını dəyişib
Jan-Lyuk Nansi 1940-cı ildə Bordo şəhərində anadan olub. O, Strasburq Universitetinin professoru, Beynəlxalq Fəlsəfə Kollecinin üzvü olub, bir çox məqalələrin müəllifidir. Onun fəaliyyəti müasir fəlsəfi elmin inkişafına mühüm təsir göstərib.